İsmayıl Səragəldinə AMEA Şərqşünaslıq İnstitutunun Fəxri diplomu təqdim olunub

İsmayıl Səragəldinə AMEA Şərqşünaslıq İnstitutunun Fəxri diplomu təqdim olunub

Misirin İsgəndəriyyə Kitabxanasının rəhbəri İsmayıl Səragəldinə AMEA Şərqşünaslıq İnstitutunun Fəxri diplomunun təqdimetmə mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən institutun direktoru, millət vəkili , fil.e.d., professor Gövhər Baxşəliyeva institutda ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açaraq, bu sahədə 40-dan artıq alimin elmi fəaliyyət göstərdiyini qeyd edib.

G.Baxşəliyeva Misir ilə Azərbaycan arasında mədəni və elmi münasibətlərin möhkəmlənməsindən söhbət açmış və qeyd edib ki, bu əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək. O, Misirin İsgəndəriyyə şəhərində yerləşən, 2500 il bundan əvvəl tikilmiş İsgəndəriyyə kitabxanasının Şərqin, o cümlədən dünyanın müxtəlif ölkələrinin elmi tədqiqat informasiya mənbəyi kimi fəaliyyət göstərdiyini nəzərə çatdırıb.

İ.Səragəldin çalışdığı kitabxanadan söz açmış, bu kitabxananın 1,5 milyondan çox oxucu qəbul etdiyini və kitabxananın elektron səhifəsindən hər gün bir milyondan artıq istifadəçinin yararlandığını bildirib. İ.Səragəldin Şərqşünaslıq İnstitutu ilə İsgəndəriyyə kitabxanası arasındakı aparılan əməkdaşlığın gələcəkdə şərqşünas alimlərimizin elmi-tədqiqat işlərinə böyük fayda verəcəyini söyləyib.

Tədbirin sonunda G.Baxşəliyeva İ.Səragəldinə institutun fəxri diplomunu təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə