Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan NATO sammitində üzərində razılıq əldə edilən raket müdafiə sistemləri anlaşması haqda açıqlama verib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Təhsildə Fatih Layihəsi Əməkdaşlıq Protokolunun imza mərasimində iştirak edən Ərdoğan bildirib ki, raket müdaifə sistemləri layihəsində komandanlıq NATO-da olmalıdır: "Hazırda komanda bu ölkədədir deyə bir məsələ yoxdur. Amma biz komandanlığın tamamilə NATO-da olmasının vacibliyini vurğuladıq. Bundan sonrakı proseslərə görə mövqeyimiz necə olacaq, ölkəmizlə əlaqədar hansı gəlişmələr olacaq, bilmədiyimiz üçün bir şey söyləmək erkən olar. Ancaq komandanlıq NATO-da olmalıdır - bunu deyirik. NATO hücum deyil, müdaifə sistemi yaradır".
Ərdoğan Avropa Birliyinin Türkiyədən hava sahəsi və limanların açılması tələbinə də münasibət bildirib. Baş nazir deyib ki, AB hava və dəniz limanlarını eyni zamanda açmağa hazırdırsa, Türkiyə buna razıdır: "Bunu hər zaman dilə gətiririk. Kimsə bu məsələdə bizdən fərqli şeylər gözləməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB