Ermənistanda istefalar davam edir

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyan istefa verib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, o keçirdiyi iclasda istefası barədə xəbər verib.

“Bu gün istefa vermişəm və hər kəsə bu barədə məlumat verirəm”. O öz xələfinə işində uğurlar arzulayıb.

Ovsepyanın adının maliyyə qalmaqallarında hallandığı da bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə