Prezidentin Bakıda Avropa Mühafizəkarlar va İslahatçılar Alyansının Sammitinin iştirakçılarına təbrik məktubu
Prezident İlham Əliyev Bakıda Avropa Mühafizəkarlar va İslahatçılar Alyansının Sammitinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrik məktubunu Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.
Məktubda deyilir:" Hörmətli toplantı iştirakçıları sizi Bakıda salamlayır, sammitin işə başlanması münasibətilə təbrik edirəm. AAvropa Mühafizəkarlar va İslahatçılar Alyansı qısa bir zamanda nüfuzlu təşkilata çevrilib. Qurumun azadlıq, demokratiya kimi bəyan etdiyini ənənələr Azərbaycan xalqının həyatında mühüm yer tutur. Əlamətdar haldır ki, bugünkü sammit Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ərəfəsində baş verir. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr region ölkələrinin iqtisadi inkişafına sanballı töhfələr verir. Ötən həftə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması bu sahədə uğurlara daha geniş imkanlar yaradacaq. Azərbaycan humanitar əlaqələrin inkişafına dəsiək verir, qlobal problemlərin həllində iştiak edir.
Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, 30 il bundan öncə başlanılan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda inkişafa mane olan ciddi problem kimi qalmaqdadır. BMT, ATƏT, Aİ, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən münaqişə ilə bağlı qərarlar qəbul olunsa da, indiyədək problemin həllini ilə bağlı dünya birliyi tərəfindən heç bir addım atılmır. Ümid edirəm ki Alyans Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək. İnanıram ki Azərbaycanda təşkil olunan toplantı işgüzar şəraitdə keçəcək, müzakirə olunan məsələlər sülhün əmin- amanlığın təminatına xidmət edəcək".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB