Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək

Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək. Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə