BQXK nümayəndələri erməni əsirliyində olan iki Azərbaycan hərbçisi ilə görüşüblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçiləri ilə görüşüblər. BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova SİA-ya açıqlamasında bildirib ki, BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları noyabrın 18-də erməni əsirliyində olan iki Azərbaycan hərbçisi kiçik çavuşları Roman Hüseynov, Anar Hacıyevə baş çəkiblər.
Beynəlxalq qurumun nümayəndələri həmin şəxslərin saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar.
Qeyd edək ki, erməni əsirliyində olan Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB