Ermənistanda yenidən etiraz aksiyası keçirilir

Ermənistanda yenidən etiraz aksiyası keçirilir

Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası keçirilir. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə sakinlər bütün ermənilərin Katolikosu II Qaregenə etiraz edirlər. Onlar tələb edirlər ki, II Qaregin katolikos adından imtina etsin.

Aralarında din xadimlərinin də olduğu etirazçılar II Qareginlə görüşmək istəyirlər. Kahin Baqram Melikyan "Facebook" səhifəsində yazıb ki, Katolikos etirazçılarla görüşməyə hazırdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə