Deputat: “Azərbaycana savaşdan başqa ayrı yol buraxılmır” MÖVQE

Deputat: “Azərbaycana savaşdan başqa ayrı yol buraxılmır” MÖVQE

“Rusiyada türkdilli dövlətlər, özəlliklə də Azərbaycan və Türkiyə ilə işləməkdə görəvləndirilən Aleksandr Duqinin Ermənistadakı hakimiyyət dəyişikliyi və onun Dağlıq Qarabağ probleminin həllinə təsiri haqda son açıqlamasına baxıram və Sərkisyanın Paşinyanla əvəzlənməsinin pərdəarxasında nələrin dura biləcəyi haqda dediklərimin hardasa özünü doğrultduğunu görürəm”. SİA-nın verdiyi məlumata görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.

“Duqin bildirir ki, Sərkisyan 5 rayonun Azərbaycana qaytarılmasına razılaşmışdı və baş nazir olandan sonra bunu reallaşdıracağını vəd etmişdi. Paşinyan onu devirdi və bütün kartlar yenidən qarışdı. Bilmirəm, belə bir razılaşma olub, yoxsa yox. Ancaq öncə də dediyim kimi Ermənistandakı bu hakimiyyət dəyişikliyi oyunu Dağlıq Qarabağ probleminin həllindənsə onun idarə edilməsində maraqları olan bütün güclərə danışıqları daha da uzatmaq üçün yeni manevr imkanları açdı. "Hay"ların indi də Xankəndində küçə tamaşalarına başlamaları onu göstərir ki, oyun hələ davam edir. Burada ön planda hakimiyyətdən narazılıq görünsə də, arxa planda Dağlıq Qarabağ problemi durur. "Hay"lar bu yolla onu öz xeyirlərinə həll edəcəklərini, mümkün olmasa belə, status-kvonu saxlamaq üçün əlavə "legitim vaxt" qazanacaqlarını düşnünürlər. Bu isə bir daha onu göstərir ki, Azərbaycana öz torpaqlarını geri qaytarmaq üçün savaşdan başqa ayrı yol buraxılmır”-deyə, S.Alıyev fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə