Rəbiyyət Aslanova: “Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixində çox önəmli bir hadisədir” - AÇIQLAMA

Rəbiyyət Aslanova: “Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixində çox önəmli bir hadisədir” - AÇIQLAMA
Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixində çox önəmli bir hadisədir. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Rəbiyyət Aslanova deyib. O bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda partiyanın təsis qurultayı keçirilib və bununla da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradılıb. R.Aslanovanın sözlərinə görə, YAP-ın 18 illik tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına, Azərbaycan xalqına sadiqlik nümunəsidir.

"Çünki Yeni Azərbaycan Partiyası xalqın milli varlığını qoruyan, onun gələcəyə addımlaması üçün bütün şəraiti yaradan, xalqı bütövləşdirən, tamlaşdıran və millətlər içində yaşamaq haqqını qazandıran bir partiyadır. Patiyanın ad günü bizim hər birmizin bayramıdır bu münasibətlə hər kəsi təbrik edirəm", - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilib və bu qurultayda Heydər Əliyev partiyanın sədri seçilib. Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Hyatt Regency otelinin "Quba" zalında baş tutan tədbirə YAP-ın yaradılmasında Ulu Öndərlə çiyin-çiyinə mübarizə aparmış ziyalılar, bu gün partiyanın siyasi-ideoloji xəttini müəyyənləşdirən funksionerlər, hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, media mənsubları və digər nümayəndələr qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə