Bəxtiyar Əliyev: “Xəzəryanı ölkələrin başçılarının III Zirvə Toplantısını keçirməklə Azərbaycan regionda aparıcı dövlət olduğunu bir daha bəyan etdi”
"Hesab edirəm ki, ötən gün ölkəmizdə keçirilən Xəzərin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələrin başçılarının III Zirvə Toplantısı Azərbaycan tarixi üçün əlamətdar bir hadisədir". Bu sözləri SİA-ya millət vəkili Bəxtiyar Əliyev açıqlamasında deyib. O bildirib ki, bu tədbirin keçirilməsi ilə Azərbaycan regionda aparıcı dövlət olduğunu bir daha bəyan etdi.
Onun sözlərinə görə, bir çox məsələlərin həlli üzərində işlər, mübahisəli olan məsələlərin həlli və onlara cavab məhz bu sammitdə verilib: "Toplantıda iştirak edən Xəzəyanı dövlətlərin prezidentləri Azərbaycan prezidentinin və dövlətinin bu sahədəki səyini, rolunu xüsusi qeyd etdilər. Ona görə də hesab edirəm ki, bu toplantı Azərbaycanın istər xarici, istər ölkədaxili, istərsə də regional siyasətində yeni bir mərhələnin başlanğıcıdır. Azərbaycan bu regionda stabilliyin, iqtisadi çiçəklənmənin, sülhün qarantı kimi dünyaya bir daha göstərdi ki, o təkcə Cənubi Qafqazda deyil, həm də regionda sülhün əmin -amanlığın, iqtisadi çiçəklənmənin qarantı rolunda çıxış edən güclü bir dövlətə çevrilib".
Azərbaycanın dünya siyasətində güclənməsinin bəzi qüvvələrin qıcıqlandırdığını dilə gətirən B. Əliyevin sözlərinə görə, ölkənin inkişafı və dünya ölkələri arasında söz sahibinə çevrilməsi onu müəyyən təzyiqlər qarşısında saxlayır. Buna misal olaraq cari ilin 7 noyabrında keçirilən Parlament seçkiləri ilə əlaqədar bəzi beynəlxalq qurumların mənfi bəyanatarla çıxış etməsini xatırladan millət vəkili söyləyib ki, bütün bunlar həmin qurumların ölkəmizə olan qısqanclıqlarından irəli gəlir: "Təəssüf hissi qeyd etmək istərdim ki, Azərbaycanın dünya siyasətində güclü söz sahibinə çevrilməsi bir çox xarici qüvvələri qıcıqlandırır. Bu yaxınlarda Milli Məclisə keçirilən seçkilər yüksək və demokratik şəraitdə keçiriməsinə baxmayaraq seçki ilə əlaqədar mənfi fikirlər səsləndirildi. Seçkinin şəffaf keçməsi ilə bağlı fikirləri bütün müşahidəçilər və beynəlxalq qurumlardan olan müşahidəçilər də qeyd etdilər. Amma buna baxmayaraq ölkə daxilində bu cür bəyanatlar verir, amma sonradan isə seçkilərdə iştirak etməmiş qurumlardan ikilistandartlı, yeni bəyanatlar eşidirik. Bütün bunlar Azərbaycana qarşı qısqanclıq hissindən irəli gələn məsələlərdir. İnanırıq ki, bu da tezliklə ötüb keçəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB