Səfir: “Belçika iki dövlət arasında iqtisadi münasibətlərin genişləndirilməsində maraqlıdır“

Səfir: “Belçika iki dövlət arasında iqtisadi münasibətlərin genişləndirilməsində maraqlıdır“
Belçikanın Azərbaycandakı Səfirliyi iki ildir fəaliyyət göstərir və ölkələr arasında iqtisadi, siyasi, mədəni və bu kimi digər sahələr üzrə mühüm əlaqələr mövcuddur. Bu barədə SİA-ya Belçikanın Azərbaycandakı səfiri Filipp Jotar məlumat verib. O bildirib ki, Belçika iki dövlət arasında iqtisadi münasibətlərin genişləndirilməsinin marağındadır və bu istiqamətdə səyləri daha da genişləndirir.

"Bir neçə tikinti sahəsindəki şirkətlər Azərbaycanda artıq aktiv fəaliyyətə başlayıblar. İqtisadi münasibətlər isə yeni-yeni inkişaf edir və bu proseslər inkişafa doğru gedir. Azərbaycandan Belçikaya qaz və neft ixrac edilir. Belçikadan Azərbaycana isə çoxlu avadanlıqlar, maşınlar, elektrik materiallar gətirilir", - deyə o əlavə edib.

Azərbaycanda ümumdünya fəlsəfə gününə həsr olunan konfransda iştirak edən səfir qeyd edib ki, ümumiyyətlə, fəlsəfənin dünyada rolu çox böyükdür. Onun sözlərinə görə, hər bir diplomat istəsə da fəlsəfədən uzaqlaşa bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə