Paşinyan siyasi qərarını verə bilmir ANALİTİK

Paşinyan siyasi qərarını verə bilmir ANALİTİK

İşğalçı ölkəni qarşıda çox ciddi və ağır günlər gözləyir

Ermənistanda demokratik dəyişikliklər ölkədə dərin islahatların həyata keçirilməsini tələb edir. Belə ki, ölkədə monopolistlər istehsal və ticarət sahələrini inhisara götürüblər və bu ilk növbədə ölkədə inhisarçıları meydandan uzaqlaşdırmaq və azad sahibkarlığa meydan açmaq lazım gələcək. Paşinyan yəqin ki, bunu və siyasi idarəçiliyin demokratikləşdirilməsi tələbini həyata keçirəcək. Yəni o, seçki qanununu dəyişdirəcək. İdarəetmə ilə bağlı bir sıra sahələrin qanunvericilik bazasınə da təkmilləşdirəcək.

Ermənistan xəzinəsi boşdur

Onu da ehtimal etmək mümkündür ki, Ermənistandan oğurlanmış xeyli miqdarda pulun bir qismi Qərb ölkələrindədir. Artıq belə demək mümkündür ki, yeni baş nazir bu fonda Qərb dövlətləri ilə əlaqəyə girmək məcburiyyəti qarşısında qalacaq. Belə ki, o, həmin vəsaitlərin ofşor zonalarda, yaxud da İsveçrə və ya ABŞ banklarında olmasının mənbəyini aşkara çıxardıqdan sonra Ermənistan büdcəsinə qaytarılması təmin edəcək. Daha doğru desək, ali təhsili olmasa da, o, çox bic və təcrübəli adamdır. Ən azından formal bəhanələrlə oliqarxların bir qismini həbs edəcək və istintaq gücü ilə onların maliyyə mənbələrinin öyrənilməsi prosesinə girişəcək. Çünki hazırda Ermənistan xəzinəsi boşdur. Yeganə köməyi Rusiya və Qərb diasporu edir. Paşinyana daha çox pul lazımdır ki, ölkəsinin maddi rifahını təmin edə bilsin. Bu zaman Paşinyan hədəf kimi Qərb qanunvericiliyini götürəcək.

Qeyd edək ki, Paşinyan ilk vaxtlar Rusiyanı narazı salacaq addımlar atmayacaq və Moskva ilə münasibətləri qoruyub saxlamağa çalışır və

ən əsası isə Gümrüdəki hərbi bazanın çıxarılması və Rusiya ilə bağlanmış hərbi müqavilənin denonsasiyası bir qədər sonra gündəmə gələcək. Digər tərəfdən o da bəllidir ki, Paşinyan Ermənistanda qanunların demokratik məzmun kəsb etməsini təmin etməyə çalışır. Bu fonda o, Qərbin güclü dəstəyini qazanmaq üçün Avropa Birliyi ilə assosiativ sazişi də gündəmə gətirə bilər. Bildiyimiz kimi, Qərb assosiativ üzv olan ölkələrə böyük miqdarda pul ayırır. Zənnimcə, Ermənistan Avrasiya Birliyi və KTMT-də qalmaqla Qərblə assosiativ sazişi imzalaya bilər.

Qərb Ermənistana lazımı siyasi və maddi dəstəyi verməyəcək

Ermənistan əhalisi uzağı 3-4 aya seçdiyi baş nazirdən ölkədə maddi rifahın yüksəldilməsini tələb etməyə başıayıb. Çünki fakt budur ki, Ermənistan kasıb ölkədir və bütün sənaye müəssisələri borc qarşılığında Rusiyaya satılıb. Bu fonda, Paşinyanın ciddi manevrlər edəcəyi mümkündür. Paşinyan erməni hiyləgərliyinə xas olan metodla Qərbdən çoxlu vəsait qopara bilər. Qərb verəcəyi böyük vəsaitlərin qarşılığında rus bazalarının Ermənistandan çıxarılmasını və Rusiya ilə imzalanmış uzunmüddətli hərbi müqavilələrin birtərəfli qaydada ləğvini irəli sürə bilər. Məsələn, bir neçə gün öncə, Rusiyanın ermənistana satdığı silahları göstərə bilərik.

Ancaq Qərbi də unutmaq lazım deyil. Çünki qoca qitənin istəkləri çoxdur və hətta izafidir. Misal üçün, Qərb Paşinyandan mütləq NATO-nun Cənubi Qafqaza doğru genişlənməsi istiqamətində addımlar atmasını istəyəcək. Əks təqdirdə Qərb Ermənistana lazımı siyasi və maddi dəstəyi verməyəcək. Paşinyanın isə ehtiyat siyasi davranışları üüçün çıxış yolunun olmadığı indidən bəllidir. Bu isə Ermənistanda yeni rəngli inqilabın yetişəcəyini xəbər verir. Beləliklə, deyə bilərik ki, əgər Qərb edəcəyi referanslar müqabilində Paşinyanın bütün resurslarını öz tərəfinə çəkməyə çalışacaq. Bu isə ən sonda Rusiya ilə Ermənistan arasında qarşıdurmaya səbəb olacaq. Qərblə əlaqə sadəcə demokratiya ilə bitmir, həm də Ermənistanın bəzi Avropa strukturlarına inteqrasiyasını gündəmə gətirir. Yəni təkcə siyasi, deyil, hərbi inteqrasiya da lazım olur. Bu isə Ermənistanın çox mürəkkəb mərhələdən keçməsinə gətirib çıxaracaq. Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə