Azərbaycan prezidenti NATO-nun zirvə toplantısında iştirak etmək üçün Portuqaliyaya yola düşüb
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 19-da Portuqaliyanın paytaxtı Lissabona yola düşüb. Səfərin məqsədi NATO-nun zirvə toplantısında iştirak etməkdir. Azərbaycan prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Qeyd edək ki, hazırda Azərbaycan prezidentinin də iştirak edəcəyi toplantıda əsas müzakirə mövzularından biri NATO-nun raketlərdən müdafiə qurğularının Şərqi Avropa və Türkiyədə yerləşdirilməsi məsələsidir. NATO-ya üzv olan 28 ölkənin, o cümlədən alyansın "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edən ölkələrin dövlət və hökumət başçıları artıq Portuqaliya paytaxtına gəlməkdədirlər.
Sammit çərçivəsində NATO üzvü ölkələrlə tərəfdaş ölkələrin rəhbərləri arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Lissabon sammitində bir çox mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB