Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
SİA-nın verdiyi məlumata görə, müssisədə keçirilən tədbirdə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov, 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovlik-leytinantı Etibar Məmmədyarov və Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Daha sonra cəzaçəkmə müəssisəsindən 29 nəfər azadlığa buraxılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 634 nəfərə şamil ediləcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB