Deputatımız NATO PA-nın sessiyasında

Deputatımız NATO PA-nın sessiyasında

Mayın 25-də Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaq. Sessiyada Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində demokratiya və insan hüquqlarının təşviqi, NATO-nun Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Müasir təhlükəsizlik mühitində xüsusi əməliyyat qüvvələrinin rolu, Əfqanıstanda yerli və regional təhlükəsizliyin qarşılıqlı əlaqəsi, Kosmik sənayenin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi və digər mövzular müzakirə olunacaqdır.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə