Dünya ən çox xarici tələbənin oxuduğu ölkə ABŞ-dır. Yüksək təhsil xidmət sektorundakı ən əhəmiyyətli ixrac sahələrindən biri kimi çıxış edir. SİA-nın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-da ən çox Çin və Hindistandan olan tələbələr təhsil alır. ABŞ iqtisadi böhran səbəbi ilə keçən illərə nisbətən daha az xarici tələbə qəbul etsə də, hələ də birinci yeri özündə saxlayır.
Ölkənin Beynəlxalq Təhsil İnstitutunun yeni açıqlanan hesabatına görə, 2009-2010-cu il tədris ilində ABŞ-a gələn xarici tələbələrin sayı 3 faiz artıb. Ölkədə, dil və universitet təhsili olmaqla təxminən 691 min xarici tələbə təhsil alır. Xarici tələbələrin sayına görə, ABŞ-ı İngiltərə izləyir. İngiltərədə 415 min xarici tələbə təhsil alır. Bu iki ölkəni isə Fransa və Almaniya izləyir. Hesabata görə, 2009-2010-cu il təhsil ilində ABŞ-a gələn çinli tələbələrin sayı 30 faiz artıb. ABŞ-da təhsil alan tələbələrin sayı 128 mindir. ABŞ-a ən çox tələbə göndərən ölkələrdən Hindistanda isə bu göstərici 2 faiz artıb. ABŞ-da təxminən 105 min hindli tələbə təhsil alır. Universitet təhsili üçün ABŞ-a ən çox tələbə göndərən Çin və Hindistandan sonra Cənubi Koreya gəlir. Bu üç ölkədən gələnlərin sayı ABŞ-dakı ümumi xarici tələbələrin təxminən 44 faizini təşkil edir.
Xarici tələbələr iqtisadi gəlir qaynağıdır. ABŞ-dakı xarici tələbələrin gəlirlərinin 70 faizi ölkə xaricindən gəlir. Məktəb xərcləri ilə yanaşı mənzil, nəqliyyat, yemək və sağlamlıq kimi bir çox sahələrdəki xərclər də əlavə olunsa xarici tələbələrin iqtisadiyyata faydasının 20 milyard dollardan az olmadığını görmək olar. Eyni zamanda yaxşı gələcək vəd edən tələbələrin təhsilini bitirdikdən sonra ölkələrinə dönmək əvəzinə ABŞ-da qalmağa üstünlük verməsi nəzərə alınarsa, xarici tələbələrin ABŞ-ın elmi, texnoloji və digər sahələrində inkişafa verəcəyi fayda göz önünə gəlir. Beləliklə, ABŞ-da təhsil alan xarici tələbələr həm təhsil aldığı dövrdə ölkənin iqtisadiyyatına, həm də məzun olduqdan sonra ABŞ-ın gələcəyinə fayda verir.
Xarici tələbələr ən çox Kaliforniya, Nyu-York və Texas ştatlarını seçir. Kaliforniyada 94 min, Nyu-Yorkda 76 min, Texasda isə 59 min xarici tələbə təhsil alır. Universitetlər arasında isə birincilik Cənubi Kaliforniya Universitetinin əlindədir. ABŞ-a təhsil almağa gələnlərin çoxusu isə riyaziyyatçı və kompüter mühəndisi olmaq istəyənlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB