İlham Əliyev Dmitri Medvedevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

İlham Əliyev Dmitri Medvedevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. SİA-nın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya nümayəndə heyətindəki mənbə bildirib. Mənbədən verilən məlumata əsasən Dmitri Medvedevlə İlham Əliyev arasındakı görüşdə əsas müzakirə predmeti Dağlıq Qarabağ problemi olacaq: "Görüşün Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərindən dərhal sonra baş tutması da danışıqların əsas mövzusunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının olacağını deməyə əsas verir".

 

Dmitri Medvedev və İlham Əliyevin görüşündə müzakirə ediləcək ikinci mövzu yanacaq energetika kompleksləri və Xəzərdəki yataqlardan enerjidaşıyıcıların nəql marşrutları variantlarını müzakirəsi ilə bağlıdır.

 

D.Medvedev həmçinin Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirakla yanaşı, Azərbaycan, Qazaxıstan və İran liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə