Bu gün AŞPA Azərbaycan parlamentinə keçirilmiş seçkiləri müzakirə edəcək

Bu gün AŞPA Azərbaycan parlamentinə keçirilmiş seçkiləri müzakirə edəcək

Azərbaycanda keçirilmiş Milli Məclisə seçkilərin nəticələri bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində müzakirə olunacaq.

SİA-nın AŞ-ın rəsmi saytına istinadən məlumatına görə, komitənin iclası Parisdə keçiriləcək. AŞPA MK-nın Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt seçki öncəsi Azərbaycana səfərlərinin nəticələri ilə bağlı hesabat təqdim edəcəklər.

İclasın gündəliyində həmçinin Moldovada parlament seçkilərinə hazırlıq, Gürcüstanla Rusiya arasındakı müharibənin nəticələri və s. məsələlər də müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə