Gəncənin qədim məhəllələrinin tarixinin araşdırılmasına başlanılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Regional Elm Mərkəzinin əməkdaşları tərəfindən aparılan tədqiqatlar müxtəlif dövrlərdə salınan və günümüzədək gəlib çatan küçə və məhəllələrin tarixinin öyrənilməsi və ictimaiyyətə aşılanması məqsədi daşıyır.
Alimlərin fikrincə, şəhərin keçmiş məhəllələrində Gəncənin zəngin tarixinin müəyyən hissəsi yatır. Tarix elmləri namizədi Samir Pişnamazadənin SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, artıq tarixi yaşayış məskənlərinin ilkin sayı dəqiqləşdirilib. Belə ki, Gəncədə təxminən 35-40 arası qədim küçə və məhəllə var. Üstəlik hər bir məhəllənin də özünəməxsus xüsusiyyətləri olub. Ozan, Zərrabi, Şahsevənlər kimi qədim küçələrlə bağlı tarixi faktların müəyyən hissəsi qismən icitmaiyyətə çatdırılsada, digər məhəllələr barəsində geniş məlumatlar yoxdur.
Müsahibimzin sözlərinə görə, ümumiyyətlə bu günə kimi Gəncənin qədim məhəllələri barədə monoqrafiya işlənilməyib. Gəncənin küçələri barədə ancaq müxtəlif tarixi mənbələrdə qısa məlumatlar verilib. Bu baxımdan elmi araşdırmanın aparılmasına ehtiyac böyükdür.
Qeyd edək ki, Gəncə Regional Elm Mərkəzi tərəfindən aparılacaq tədqiqatların nə vaxt yekunlaşacağı barədə dəqiq məlumat verilimir. Ancaq əldə olunan materiallar əsasında yeni kitab hazırlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB