Siyasi şərhçi: “Paşinyanın bütün siyasi dividentləri iflasa uğrayacaq" AÇIQLAMA

Siyasi şərhçi: “Paşinyanın bütün siyasi dividentləri iflasa uğrayacaq" AÇIQLAMA

"Nikol Paşinyan Ermənistanın yeni baş naziri seçiləcək. Bunun üçün hər hansı bir maneə yoxdur. Əslində Ermənistanın Respublikaçılar Partiyasına da indiki halda vaxt udmaq lazımdır. Çünki Paşinyanın namizədliyinə səs verməsələr o zaman növbədənkənar seçkilər keçiriləcək". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi də indiki etiraz aksiyalarının mövcud olduğu bir dalğada şübhəsiz ki, Paşinyanla tərəfdarlarının parlamentdə daha çox yer tutmasına zəmin yarada bilər: "Amma Paşinyanın baş nazir olması və nəticədə növbədənkənar seçkilərin elan olunması kimi proseslər təxminən payız aylarına kimi çəkəcək. Bu müddət ərzində də Respublikaçılar Partiyasının yəni vaxtilə Ermənistanda hakimiyyətdə olan hərbi cinayətkar xuntanın ayrı-ayrı dövlət strukturundakı nümayəndələri əldə etdikləri cinayətkar yolla kapital və digər amillər Paşinyanın nüfuzdan salınması üçün yetərli olacaq. Respublikaçılar Partiyası bu günə qədər törətdikləri bütün əməllərin məsuliyyətini Paşinyanın üzərinə yükləyəcəklər. Nəticə etibarilə də bu gün onun qazandığı bütün siyasi dividentlər iflasa uğrayacaq. Əslində Paşinyan baş nazirliyə razılıq verməklə siyasi prosesləri uduzdu və bir daha onun yetkin siyasətçi olmadığını sübuta yetirdi. Yəni məsələ öncədən baş nazirlik postuna seçilmək üzərində qurulmalı deyil”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə