TürkPA Beynəlxalq Katibliyinin əməkdaşları Brüsselə səfər ediblər

TürkPA Beynəlxalq Katibliyinin əməkdaşları Brüsselə səfər ediblər
Avropa Parlamentinin Parlament Demokratiyasının İnkişafı Ofisinin dəvəti əsasında Türkdilli Ölkələrin Parlament Assmbleyası (TürkPA) Beynəlxalq Katibliyinin əməkdaşları təcrübə mübadiləsi proqramında iştirak etmək məqsədilə Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfərə gedib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində TürkPA heyəti Avropa Parlamentinin daimi komitələrinin işində iştirak edəcək, Avropa Parlamentinin plenar sessiyasını izləyəcək, beynəlxalq parlament təşkilatlarının iş prinsipi, daimi komitələrin yaradılması və fəaliyyəti, illik iş planlarının, büdcə layihəsinin hazırlanması və həyata keçirilməsi, Katiblik əməkdaşlarının işinin yeni formatda qurulması, beynəlxalq əlaqələrin təkminləşdirilməsi kimi məsələlərlə bağlı Avropa Parlamenti Katibliyinin təşkil etdiyi seminarlarda iştirak edəcək, diskussiyalara qatılacaq.

Qeyd edək ki, nümayəndə heyətinə TürkPA Baş katibinin müavini cənab Mels Semqaliyev başçılıq edir. Nümayəndə heyəti 5 nəfərdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə