QMKİDK-nın mətbuat xidmətinin rəhbəri işdən çıxarılıb

QMKİDK-nın mətbuat xidmətinin rəhbəri işdən çıxarılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daha bir departament direktoru işdən çıxarılıb. SİA-nın verdiyi məlumata görə, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Beynəlxalq Əməkdaşlıq, İctimaiyyət və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimov vəzifədən azad olunub.

Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bundan əvvəl Dövlət Komitəsi sədrinin köməkçisi Əkbər Əkbərov, qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar.

Xatırladaq ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə