Qəribə, amma gələcək vəd edən yeni texnologiyalar

Qəribə, amma gələcək vəd edən yeni texnologiyalar

Arxada qalan il iqlim dəyişikliyi mövzusunda narahat olan insanlar üçün uğursuz bir il oldu. Danimarkanın paytaxtı Kopenhagendə 2009-cu ilin yazında təşkil edilən iqlim dəyişikliyi zirvəsində Şimal Amerika və Avropanın zəngin ölkələri ənənəvi yanacaqlardan istifadənin azaldılması ilə bağlı Hindistan və Çin kimi yüksələn güclərlə razılaşma əldə edə bilmədi. Bundan əlavə ABŞ hökuməti də havanın çirklənməsinin qarşısını almaq üçün lazımlı addımların atılmasında müvəffəqiyyətsizliyə düçar oldu. Siyasətçilər məsələnin həll edilməsində ortaq məxrəcə gələ bilməsələr də, alimlər qəribə görünən həll yollarını ortaya çıxarmaqda davam edir. Enerji istehsal edəcək yosun fabrikləri ilə yanaşı təmiz enerji problemini həll etməyi qarşısına məqsəd qoyan təkliflər isə onlarladır.

Elm adamları bir çox şəhərin olduqca qaranlıq bir mənzərəyə malik olduğunu ifadə edir. Damlar qara, asfalt qapqara. Və bütün bu qaranlıq səth günəşin enerjisini özünə çəkir. Bu isə şəhərlərdəki havanın temperaturunun 5 dərəcəyə qədər yüksəldə bilir. Ancaq evin damları başqa rənglərlə boyansaydı və şəhərlərdə daha çox kölgəlik sahə olsaydı, istiliyin çoxu əks etdirilərək enerjiyə qənaət olunardı. Nyu-Yorkda bir məktəbin damını rəngləyən könüllülər bu fikri hamıdan əvvəl mənimsəmiş kimi görünür.

Günəş panelləri təbii olaraq günəş batdıqdan sonra elektrik istehsal edə bilmir. Ancaq bu ay nümayiş olunacaq bir sənədli filmdə alim Daniel Nokera qrupu ilə iki il əvvəl apardıqları bir sınağı izah edəcək. Nokera suyu hissələrə ayıraraq oksigen və hidrogen əldə edilməsini təmin edən ucuz bir üsul əldə edib. Əgər müvəffəqiyyətli olsa, gələcəkdə günəş batdıqdan sonra bodrum tərkibindəki suyu parçalayan sistemlər hidrogen və oksigeni ayırmaqla enerji istehsal edəcək.

Bütün bitkilər kimi, yosunlar da günəş süalarını və karbondioksidi udur. Eyni zamanda dizel və reaktiv yanacağı kimi istifadə olunan nefti əmələ gətirir. Elm adamları yosunlar yetişdirərək gələcəkdə neftdən asılılığı aradan qaldırmaq niyyətindədirlər. Yosun həmçinin bioyanacaq istehsal edən məhsullarla müqayisədə daha üstündür. Quru torpaqda və duzlu suda yetişə bilən yosunlar, indidən yosun fabrikalarında neft əldə etməyi qarşısına məqsəd qoyan 100-dən çox şirkətin maraq dairəsinə düşüb.

Bu gün fəaliyyətdə olan nüvə reaktorlar 1950-ci illərdə inkişaf etdirilən standart texnologiyalardan istifadə edir. "Terra Power" adlı enerji şirkəti yeni bir nüvə enerji texnologiyasını bazara təqdim etməyi qarşısına məqsəd qoyub. Köhnə nüvə reaktorlar davamlı olaraq zənginləşdirilmiş urana ehtiyac duyur, daha sonra uran nüvə tullantısı olaraq atılır. "Terra Power" şirkətinin istehsal edəcəyi texnologiya burada faydalı ola bilər. Şirkətin hazırladığı "dalğa reaktoru" zənginləşdirilmiş uranı tullantı halında belə istifadə edərək illərcə istifadə edə bilir.

Dalğa enerjisindən faydalanmaq yeni bir fikir deyil. Elm dünyası Edinburq Universitetinin alimi Stefen Salterin üsulunun hələ də fayda verəcəyini ifadə edir. Salterin "ördək" adındakı kəşfi dalğalar keçərkən irəli və geri dönərək mexanizmi hərəkətə gətirir. Bu gün ABŞ və İngiltərəli alimlər Salterin mexanizmini inkişaf etdirmək üçün çalışır. Məqsədləri 2010-cu ildə 800 binanı enerji ilə təmin edəcək 2 meqavatt elektriki 2050-ci ildə 500 meqavata çıxarmaqdır.

Bəzi elm adamları iqlim dəyişikliyinin səbəb olduğu qlobal istiləşməni aradan qaldırmaq üçün dünyanı soyudacaq bir üsulu kəşf etməyi hədəfləyir. Stanford Universitetinin iqlim eksperti Steven Sneyderin ortaya qoyduğu üsul vulkanların atmosferin istiləşməsinə səbəb olan təsirlərini aradan qaldırmağı nəzərdə tutur. Alim və onun həmkarları bu fikrə 1991-ci ildə partlayan və atmosferin soyumasına səbəb olan Filippindəki Pinatubo vulkanını müşahidə edərkən gəlmişdilər. Nəzəriyyələrinə görə, atmosferin stratosfer təbəqəsinə uçurulacaq nəhəng şarlar sülfüroksid püskürmək üçün istifadə ediləcək. Beləliklə, ortaya çıxan qaz buludu günəş süalarını əks etdirəcək və atmosferdə müvəqqəti soyuqluq təmin ediləcək.

Əgər dünyada bir tək şeyin qıtlığı yaşanmırsa, o da insan və heyvan nəcisidir. İyrənc olsa da, kanalizasiyalar pisliklə yanaşı yaxşı bir xəbər də daşıyır. Kanalizasiya tullantıları böyük tanklar içində "həzm edildiyi" zaman bakteriyalar hərəkətə keçir. Beləliklə, elektrik istehsalında istifadə edilə biləcək qaz ortaya çıxır. Pensilvaniyada bir əkinçi fərdi təsərrufatı üçün lazım olan enerjinin hamısını bu yolla əldə edir. Nəcisdən enerji istehsal etməyin başqa yolları da var, ancaq bir çox şəhər bundan gübrə olaraq istifadə etməyi daha üstün tutur.

"Matriks" filmində maşınların insanları kölə halına salıb həyatda qalmaq üçün insanların enerjisini istifadə etdiyi alternativ bir gələcəyin hekayəsi verilmişdi. Gerçək həyatda elm adamları işi bu qədər irəli aparmayıb, ancaq bir çox alimlər insan bədəninin enerjisinin bir qisimini yığmaq üçün ideyalar hazırlayıb. Bu ideyalar içində ən diqqət çəkəni insan bədəni ilə hava arasındakı istilik fərqindən faydalanmağı qarşısına məqsəd qoyan termoçift deyilən bir cihazdır. Elm insanları isti ilə soyuq arasına keçirici bir maddə qoyulduğu halda elektrik istehsal ediləcəyinə inanır. Bədən enerjisini yığmaq üçün elm adamları termoçiftdən istifadə edərək bir mobil telefonun batareyasını doldura biləcək qədər kiçik miqdarda elektrik istehsal edəcək kiçik bir vasitə inkişaf etdirməyi planlaşdırır. ABŞ Müdafiə Nazirliyi də insan bədəninə yerləşdirilən cihazlarda bədən istiliyinin istifadə edilə bilmə imkanlarını araşdırır.

Əgər insanlar dünyanın dərinliklərindəki enerjini yığa bilsə, sərhədsiz bir yenilən bilən enerji mənbəyinə sahib ola bilər. Geotermal enerji sistemləri hazırlayan "Seattledəki AltaRock Energy" kimi şirkətlər də bu vədlə yola çıxır. "AltaRock" yerin dərinliklərinə suyu nasosla vurmağı, burada temperaturu yüksələn suyu səthə çıxararaq enerji istehsal etməyi və soyuyan suyu yenidən yerin dərinliklərinə göndərərək prosesi təkrarlamaq istəyir. Ancaq işin icrası ilə bağlı əhəmiyyətli bir sual işarəsi var: 2006-cı ildə İsveçdə olduğu kimi kiçik də olsa zəlzələlərə səbəb olarmı? "AltaRock" Kaliforniyadakı sınaq mərkəzlərini keçən ilin sonlarında bağlasa da, geotermal enerji istehsalı fikri hələ etibarlılığını itirməyib. Hətta ABŞ Enerji Nazirliyi də araşdırma layihələri üçün fond yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə