Deputat: "Qonaqpərvərliyimizin korrupsiya kimi qeyd olunması gülüncdür" MÖVQE
“Son vaxtlar AŞPA-nın fəaliyyətində xüsusi sifarişlərə əsaslanan hallara rast gəlinir. Əgər hər hansı ölkə barəsində qərar qəbul etmək sifarişi gəlirsə, o saat bir qrup deputat yığışaraq onun icrasına başlayırlar. Azərbaycan haqqında qəbul olunmuş son qətnamə də belə bir sifarişin icrası kimi qeyd edə bilərəm. Çünki, AŞPA-ya daxil olan çoxlu sayda ölkələrdə insan haqlarına hörmətsizlik və korrupsiya halları baş alıb gedir. Amma AŞPA bunlara göz yumur, səsini də çıxarmır. Azərbaycana gəldikdə isə aqressiv mövqedən yanaşma edirlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, son hesabatında ölkəmizdəki qonaqpərvərliyimizin korrupsiya halı kimi qeyd olunması lap gülünc doğurur və belə yanaşmanın təzahürüdür: “Onlar bilmirlər ki, Azərbaycanda gələn qonağa yemək verilir, evlərdə həmişə ayrıca qonaq evləri olur və qonağı ən yaxşı yerdə yerləşdirirlər. Avropada isə belə hallar absurddur. Çünki, onlarda baxışlar fərqlidir. Onlar qonaq nədir bilmirlər. Ona görə də qonaqpərvərliyi korrupsiya ilə eyniləşdirirlər. Yəni, artıq ilişməyə ayrı bir bəhanə tapmırlar ki, insani münasibətləri korrupsiya ilə eyniləşdirirlər. Bu da bizə olan qısqanclıq və ikili standartların göstəricisi kimi qeyd etmək olar. Azərbaycan müsəlman ölkəsi olaraq yüksək inkişaf mərhələsini yaşayır, müstəqilliyini gücləndirir, dünyada nüfuz sahibinə çevrilir ki, bunu da bəzi dairələr həzm edə bilmirlər. Son zamanlar bizə olan mütəmadi ədalətsizlik bir nəticəni ortaya qoymağımıza imkan verir. Bizə AŞPA nə verib və bundan sonra nə verə bilər. Düşünürəm ki, artıq düşünməyimizin zamanı gəlib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB