Moskva Paşinyana yerini göstərdi
Ermənistanda siyasi vəziyyətə səssiz qalan Rusiya nəhayət ki, sükutu pozdu. Kreml düyməyə basdı və siyasi prosseslər bir-birini əvəz edir. Moskva bir qədər səbirli davranmağa üstünlük versə də, son nəticədə Ermənistanın Rusiyanın müstəmləkəsi olduğunu xatırlatdı.
Aidiatı üzrə ilk hədəf Moskvanın maraqlarına kölgə salmağa çalışan Nikol Paşinyan seçilib. Rusiya da Nalbadyanın Lavrova gileyləri və ötürdüyü danonslar, Vladimir Putinin Karen Karapetyanla telefon danışığı Paşinyana tam nöqtəsinədək çatdırılıb. Məhz bundan sonra Paşinyan xarici siyasətinə aydınlıq gətirməyə məcbur olub. Paşinyan açıq şəkildə etiraf edib ki, baş nazir olacağı təqdirdə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayacaq. Bundan əlavə Gümrüdəki hərbi baza saxlanılacaq. Qısası İrəvan yenə də Moskvanın əlində siyasi alət olaraq qalacaq. Dəyişən sadəcə hakimiyyətin başında təmsil olunan fiqurdur. Yəni yeni fiqur üzərindən köhnə ssenari davam etdiriləcək.
Görünən odur ki, Kreml üçün Rusiyanın Ermənistandakı maraqlarının Sarkisyan və ya Paşinyan üzərindən işləməsinin elə də böyük əhəmiyyəti yoxdur. Məqsəd bölgədə Kremlin maraqlarının qorunmasıdır. Bəs köhnə ssenari Paşinyana nə vəd edir? Qarabağ klanı kimi tanınan Sarkisyan və Köçəryan hakimiyyəti göstərdi ki, Rusiyanın müstəmləkəsinə çevrilmək Ermənistanı suveren dövlət kimi məhv etməklə yanaşı, dərinləşən iqtisadi böhrandan çıxış yollarını da qapadıb. Sarkisyan rejimin çökməsinin başlıca səbəbi məhz sadə ermənilərin həyat şəraitinin iflic vəziyyətə salınmasıdır. İndi isə bənzər gedişi Paşinyan həyata keçirmək fikrindədir. Hazırda kütləni arxasına alıb demokratiyadan danışan Paşinyanın əslində əvvəlki sələflərindən heç bir fərqi yoxdur və çətin ki, bu siyasət sadə ermənilərin “əlini çörəyə” çatdırsın.
Rusiyadan qopmamaq fikri yeni hakimiyyətdə təmsil olunmağa çalışan Paşinyanın “siyasi imicinə” vurulan ilk ağır zərbədir. Yeri gəlmişkən, artıq özünü baş nazir kürsüsündə hiss edən Paşinyanın “tələsik” öz xarici siyasətini bəlli etməsi gələcəkdə bir sıra vacib faktorları da orataya qoyur. Birincisi, yenidən Rusiyaya meyillilik Qərbin xoşuna getməyəcək. Etirazların təşkili üçün maliyyə yarıdmlarının Qərbdə yaşayan erməni lobbisindən ayrılması da diqqət yetirilməsi vacib olan xüsusu bir amildir. Ermənistan nə qədər kiçik dövlət olsa da Cənubi Qafqazda Rusiyanın diqtəsi ilə hərəkət edən tək ölkədir. Siyasi xəttin dəyişməyəcəyi təqdirdə isə İrəvanı daha ağır siyasi uçurum gözləyir.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB