Ümumdünya Diabet Gününə və Azərbaycan Diabet Liqasının yaranmasının 10 illiyinə həsr olunmuş təqdimat mərasimi keçiriləcək
Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqası, "Sanofi Aventis Group" şirkətinin maliyyə dəstəyi ilə Ümumdünya Diabet Gününə və Azərbaycan Diabet Liqasının yaranmasının 10 illiyinə həsr olunmuş təqdimat mərasimi keçiriləcək. Tədbirin təşkilatçılarından Gülşən Hüseynovanın SİA-ya verdiyi xəbərə 13 noyabr saat 15:00-da "Excelsior" mehmanxanasının "Afurja" zalında təşkil olunacaq. Tədbirdə şəkərli diabetlə bağlı statistik göstəricilər, problemlər və onların həlli üçün görülən və görülməsi nəzərdə tutulan işlər ictimaiyyətə çatdırılacaq.
Mərasimdə dövlət strukturları, beynəlxalq və qeyri hökümət təşkilatları, aidiyyatı olan nazirliklərin nümayəndələri iştirak edəcəklər. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinin baş endokrinoloqu, t.e.d., prof. Rafiq Məmmədhəsənova, Respublika Endokrinoloji Mərkəzin direktoru, t.e.n. Rauf Cabbarova, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevə, Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətova, böyük məsləhətçi Anar İsrafilova, İnsan Hüquqları üzrə müvəkkili, ombudsman Elmira Süleymanovaya, "Jelal İ" Tədris Mərkəzinin rəhbəri Cəlal Məhərrəmova və digər şəxslərə təşəkkürnamələr təqdim olunacaq.
Noyabrın 14-də isə "Excelsior" mehmanxanasının "Afurja" zalında tədbirin əyləncəli hissəsi-diskoteka təşkil olunacaq. Bu tədbirin təşkilində "Sanofi Aventis Group" şirkətinin, "Uşaqların xoşbəxt gələcəyi" təşkilatının rəhbəri Nərgiz Kərimovanın, "İrəli" təşkilatının böyük rolu var. Tədbir estrada ulduzlarının iştirakı, maraqlı oyunlar və viktorinalarla zəngin olacaq.
Bu tədbirdə iştirak etmək istəyən şəxslər noyabrın 13-də keçiriləcək Ümumdünya Diabet Gününə və Azərbaycan Diabet Liqasının yaranmasının 10 illiyinə həsr edilmiş təqdimat mərasimində mütləq qeydiyyat masasına yaxınlaşaraq dəvətnaməni əldə etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB