Ermənistanın baş naziri mayın 1-də seçiləcək

Ermənistanın baş naziri mayın 1-də seçiləcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Milli Məclisin sədri Ara Babloyan açıqlayıb.

"Mayın 1-də ölkə parlamentində Ermənistanın yeni baş nazirini seçmək üçün xüsusi görüş keçiriləcək", - deyə Babloyanın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Baş nazir Serj Sarkisyan aprelin 23-də etirazçıların təzyiqi nəticəsində istefa verib. Ölkənin konstitusiyasına əsasən, Baş nazirin istefasından sonra parlamentin fraksiyaları yeddi gün ərzində baş nazir vəzifəsinə namizədlik irəli sürmək hüququna malikdirlər.

Müxalifət hökumətin başçısı olaraq Nikol Paşinyanı seçməyi tələb edir. İqtidar Respublika Partiyası isə erkən parlament seçkiləri ilə razılaşır. Amma müxalifət liderinin baş nazir seçmək iddiası ölkə konstitusiyasına ziddir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə