Rusiyada jurnalistə hücum edənlər 20 il azadlıqdan məhrum ediləcəklər

Rusiyada jurnalistə hücum edənlər 20 il azadlıqdan məhrum ediləcəklər
Rusiyada jurnalistlərə hücum edənlər cəzalandırılacaq. SİA-nın məlumatına görə, jurnalistlərə hücum edənlər 20 ildən çox olmaqla həbsə məhkum ediləcəklər. Rusiya palamentində jurnalistlərə edilən hücumların cəzalarının ağırlaşdırılmasını nəzərdə tutan qanun müzakirə ediləcək. Qanunda jurnalistlərə tətbiq edilən ağır hücumlara görə 20 ildən çox, həyati təhlükə daşımayan hücumlara görə isə 12-20 il müddətində həbs müəyyən edilib. Parlamentin aşağı palatasının informasiya və kommunikasiya texnologiyaları komitəsinin müavini Bois Reznik bu qanunun qəbul olunmasının zəruri olduğunu bildirib: "Son illərdə jurnalistlərə olan hücumların sayı getdikcə artır. Bu da artıq məsələyə ciddi yanaşmağa sövq edir. Çünki jurnalistlərə qarşı bu cür vəhşilik qəbulolunmaz hadisədir. Müzakirə olunacaq qanun qəbul edildikdən sonra jurnalistlər dövlət adamları ilə eyni hüquqları daşıyacaqlar. Təbii ki, qanun qəbul edildikdən sonra belə halların sayı azalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə