Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş konfrans keçiriləcək

Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş konfrans keçiriləcək

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avropa Şurası Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdə Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş "İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmləri" mövzusunda konfrans keçirəcək.

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən SİA-ya verilən xəbərə görə, tədbirdə bir sıra xarici ölkələrin konstitusiya məhkəmələrinin sədr və hakimləri, habelə Azərbaycan Respublikasının dövlət qurumlarının və hüquq ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə