İraq siyasi qüvvələri Ərbildə toplaşıb

İraq siyasi qüvvələri Ərbildə toplaşıb

İraqda 8 aydır davam edən hökumət qurma fəaliyyətləri şimaldakı Ərbil kəndinə daşınıb. SİA-nın Türkiyə mətbuatəna istinadən verdiyi məlumata görə, regional hökumətin rəhbəri Məsud Bərzaninin çağırışı ilə siyasi partiya və bloklar Ərbildə bir araya gəlib. Lakin seçkilərdən sonra keçirilən bu ilk görüşdən nəticə çıxmayıb.

Toplantıda baş nazir Nuri Əl Maliki və mart ayındakı parlament seçkilərinin qalibi İyad Əllavi də iştirak edib. Tərəflər müzakirələrin sabah Bağdadda davam etdirilməsinə qərar veriblər.

7 mart seçkilərindən bəri hökumətun qurulmadığı ölkədə dünən iqtidarın bölüşdürülməsi ilə bağlı uzlaşmaya nail olunduğu açıqlanmışdı. Tapılan formula görə, Nuri Əl Malikinin baş nazir, Cəlal Tələbaninin prezident vəzifələrində qalması şərtilə parlament sədrliyi İyad Əllavinin partiyasına veriləcək. Lakin Əllavinin əsas istəyinin prezidentlik olduğu bildirilir.

Mart ayından bəri yalnız 20 dəqiqəlik bir iclas keçirə bilən İraq parlamentində Əllavinin blokunun 91, Malikinin blokunun isə 89 yeri var.

Bütün xəbərlər Facebook səhifəmizdə