"Bu seçim Azərbaycan xalqının müdrikliyinin inikasıdır" MÖVQE

"Bu seçim Azərbaycan xalqının müdrikliyinin inikasıdır" MÖVQE

2018-ci il 11 aprel tarixində keçirilən Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticəsinin əvvəlcədən məlum olduğunu qeyd etsək yəqin ki, yanılmarıq. Ona görə ki, İlham Əliyevi xalqımız şəksiz və şəriksiz lider kimi sadəcə, seçkidən-seçkiyə deyil, birmənalı şəkildə həmişə və daimi dəstəkləyir. Məntiqi nəticə etibarilə gözlənilən şanlı və sanballı qələbə Azərbaycan xalqının arzu və istəyinin azad ifadəsini təcəlli edir.

Xalqımızın səbatlı fəlsəfəsinə söykənən və siyasi iradəsiylə yekunlaşan “Seçki-2018” ümumilikdə, 50 milyonluq azərbaycanlının ruhunu oxşayan nəticə olmaqla bərabər, birliyimizin və həmrəyliyimizin fövqündə durur və dayanır.

İlham Əliyevin yenidən Dövlət Başçısı – Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın uzaqgörənliyini bir daha sübut etməklə yanaşı, Azərbaycanın demokratik seçki ənənəsinə malik olduğunu təsdiq edir. Seçkilərin belə nizamlı-intizamlı keçməsi, sivil ab-havada başa çatması bu prosesin təkmil olduğunu, uzun incə yol qət etdiyini isbatlayır. Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi onun yaratdığı dəyərləri xalqımızın dərindən mənimsədiyini və praktiki cəhətdən həyata keçirdiyini bariz şəkildə göstərir. Artıq, dünya ictimaiyyəti unukal nümunə kimi tətbiq edilməsinin şahidi oldu.

Ümidvarıq ki, bu seçkilərdən sonra əldə edilmiş eninə-boyuna inkişafla yanaşı, Milli Təhlükəsizlik Konsepsiyamızdan və Hərbi Doktrinamızdan irəli gələn əsas məqsəd və vəzifələr öz həllini tapacaqdır. İnanırıq ki, Azərbaycanın ən ümdə və vahid problemi olan Ermənistanın təcavüzündən meydana gələn müharibə sülhlə yekunlaşdırılacaqdır.

Məhz bu qələbə münasibətilə Prezidentin xalqa müraciətində vurğuladığı kimi “Yeni qələbələrə doğru!" inamla və uğurla irəliləyəcəyik.

Qələbə Bizimlədir!!!

Yəhya Babanlı, politoloq

Bütün xəbərlər Facebook səhifəmizdə