Yaxud, faktlara əsaslanmayan qərəz faktoru
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), Avropa PA-nın və AŞPA-nın seçki müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. Təəssüf ki, yenə də bu qurum öz ampulasından çıxış edərək heç bir həqiqətə sığışmayan ürəkbulandırıcı məqamları gündəmə gətirib. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanda keçirilən prezident seçkilərini 60 minə qədər müşahidəçi, o cümlədən, yüzlərlə beynəlxalq müşahidəçi izləyib. Şübhəsiz ki, həmin müşahidəçilərin bir çoxu eyni seçki məntəqəsində missiyalarını yerinə yetiriblər. Belə məlum olur ki, digər müşahidəçilərdən fərqli olaraq yalnız bu kimi qurumların seçki müşahidə missiyası qanunsuzluqlar aşkar edib (?). Halbuki, Azərbaycanda keçirilən bütün seçkilər yüzlərlə xarici müşahidəçilər tərəfindən örnək, nümunə kimi göstərilir.
ATƏT DTİHB Azərbaycanla bağlı qərəzli hesabat yayması birinci dəfə deyil
Digər tərəfdən, məsələ həm də orasındadır ki, bu qurumun irad tutduqları “nöqsanlar” konkret faktlara deyil, anti-Azərbaycan xarakterli dairələrin bəyanatlarına əsaslanır. Təbii ki, belə halda yoxlanılmamış, seçki prosesi zamanı aşkar edilməmiş məlumatların hesabata salınması qərəzli mövqe kimi qiymətləndirilməlidir. Onu da xatırladaq ki, sözügedən ATƏT DTİHB Azərbaycanla bağlı qərəzli hesabat yayması birinci dəfə deyil. Qurum hələ 2013-cü ilin prezident seçkisi ərəfəsində 1 nömrəli aralıq hesabat yaymışdı və həmin hesabatda seçkilərə hazırlığın gedişatına dair bir sıra qərəzli fikirlər səsləndirilmişdi. Bu dəfə də demək olar ki, bənzər hal yaşandı.
Beləliklə, bəllidir ki, adıçəkilən qurumların seçkilərlə bağlı açıqlamaları obyektivlikdən uzaqdır. Çünki aprelin 11-də Azərbaycanda normal seçki olub və şəffaflığın təmin olunması üçün seçicilərə, müşahidəçilərə, o cümlədən yerli və xarici KİV-lərə bütün şərait yaradılıb. Hər bir namizəd üçün bərabərhüquqlu prezident seçkilərində iştirakı təmin edilib və bütün şərait yaradılıb.
Bu səbəbdən, heç bir konkret faktı olmadan Azərbaycan üzrə məntəqələri bölərək qanun pozuntusunun olmasının söyləməsi heç bir məntiqə uyğun deyil.
Mövcud vəziyyət - inkişaf və tərəqqi ölkəmizdə öz siyasi və iqtisadi maraqlarını reallaşdırmaq istəyən xarici dairələri narahat edir
Sirr deyil ki, uzun əsrlərdən bəri böyük dövlətlərin nəzarətində olan qurumlar inkişaf etməkdə olan dövlətləri öz təsirləri altına salmaqda ötrü dəridən, qabıqdan çıxırlar. Çox təəssüf ki, müasir qlobal dünyada bu tendensiya daha da intensivləşib. Ancaq zaman onu diktə edir ki, beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrə qarşı əsassız ittihamlar irəli sürməkdənsə, ədalətli mövqe tutsalar müşahidə missiyanın fəaliyyətinə ictimai etimadın artırılması baxımından faydalı olardı. Lakin görünən ondan ibarətdir ki, dünyanı idarəetmə iddiasında olan dövlətlərin təsiri altında olan beynəlxalq təşkilatlar müxtəlif dövlətləri hədəfə alaraq təxribat xarakterli layihələri reallaşdırır. Görünür, Azərbaycanın müstəqillik əldə etdikdən sonra sürətli inkişafı, ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik, xalqın hakimiyyətə birmənalı dəstəyi bu araqarışdıran qüvvələrin nəzər diqqətindən qaçmayıb. Çünki mövcud vəziyyət - inkişaf və tərəqqi ölkəmizdə öz siyasi və iqtisadi maraqlarını reallaşdırmaq istəyən xarici dairələri narahat edir. Birinci, onlar Azərbaycan kimi müsəlman bir dövlətin dünyada söz sahibi olmasından əndişələnir, ikincisi, belə iqtisadi potensiala malik müstəqil ölkədə öz maraqlarını təmin etmək istəyini reallaşdırmağa çalışırlar. Lakin göründüyü kimi onlar nə öncələr, nə indi, nə də bundan sonra öz arzularına çatmayaraq, siyasi nakamlıqlarında ilişib-qalacaqlar...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB