MSK-nın "Qaynar xətti"nə 100-ə yaxın müraciət daxil olub

MSK-nın "Qaynar xətti"nə 100-ə yaxın müraciət daxil olub

Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) 115 saylı “Qaynar xətti”nə daxil olan müraciətlərin sayı açıqlanıb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, səsvermə başlayan andan - saat 08:00-dan saat 15:00-dək “Qaynar xətt”ə 100-ə yaxın müraciət daxil olub. Bildirilib ki, bunlar sorğu xarakterlidir, “Qaynar xətt”ə şikayət xarakterli məlumat daxil olmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə