Ombudsman: "Cəzaçəkmə müəssisələrində səsvermə şəffaf keçirilir"
“Azərbaycanda Prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf keçirilir. Bakının əksər rayonlarında yerləşən seçki məntəqələrində olmuşam. Bu gün səhər səsvermə başlamazdan öncə məntəqəyə yaxınlaşanda, təəccübləndim. Məntəqənin qarşısında 10-12 seçici var idi. Bu da seçici aktivliyindən xəbər verir”. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova Mərkəzi Seçki Komissiyasında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir: “Seçkini beynəlxalq və yerli müşahidəçilər izləyir. Onlar da prosesdən razıdırlar. Seçki məntəqəsində olarkən beynəlxalq müşahidəçi seçicilərin nizamlı-intizamlı olduğunu qeyd etdi. O bildirdi ki, sanki ölkədə bayram ab-havasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB