Dağlıq Qarabağla bağlı qətnamənin NATO PA-nın gündəliyindən çıxarılmasının səbəbi məlum olub- EKSKLÜZİV
Bu ilin payızında Varşavada keçiriləcək NATO Parlament Assambleyasının (PA) iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi müzakirəyə çıxarılmayacaq. Bunu SİA-ya açıqlamasında Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib. Ziyafət Əsgərovun sözlərinə görə, qətnamənin gündəlikdən çıxarılmasına səbəb Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdır: "Azərbaycan nümayəndə heyət olaraq biz Varşavada keçiriləcək NATO Parlament Assambleyasının iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin müzakirəyə çıxarılmaması təklifi ilə Parlament Assambleyasına rəsmi məktub göndərdik. Artıq cavab da almışıq. Bu sessiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi müzakirəyə çıxarılmayacaq".
Z.Əsgərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi NATO Parlament Assambleyasının növbəti sessiyasında müzakirə olunacaq. Z.Əsgərov eyni zamanda diqqətə çatdırıb ki, qətnamə layihəsinin müzakirəsinin təxirə salınması rəsmi İrəvanın quruma müraciəti ilə bağlı deyil.
Qeyd edək ki, Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Karen Avakyan "Novosti Armeniya" agentliyinə açıqlamasında bildirib ki, münaqişənin həllinə dair qətnamənin müzakirəsinin təxirə salınmasına səbəb Ermənistan nümayəndə heyətinin NATO-ya müraciət etməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB