“Meydan TV” “Milli Şura”nın mitinqini bu cür ifşa etdi TƏRS BAXIŞ+FAKT

“Meydan TV” “Milli Şura”nın mitinqini bu cür ifşa etdi TƏRS BAXIŞ+FAKT

Martın 31-də Bakının Yasamal rayonunun “Məhsul” stadionunda “Milli Şura”nın keçirdiyi növbəti uğursuz mitinqi ətrafında bir-birindən ilginc məlumatlar daxil olmaqdadır. Belə ki, bu dəfə ittiham edən də, ittiham edilən də eyni cinahı – radikal müxalifəti təmsil edir. SİA xəbər verir ki, məhz AXCP sədri Əli Kərimlinin “Milli Şura”nın adam sayı az olan mitiniqlərini “kütləvi” göstərmək üçün əl atdığı bütün vasitələrini elə onu və ətrafını dəstəkləyən media qurumu – “Meydan TV” ifşa edib. Daha dəqiq desək, Ə.Kərimlinin idarə etdiyi mitinq “Məhsul” stadionunun yaxınlığında yerləşən binalardan birinin eyvanından çəkilib, özü də “Meydan TV” tərəfindən. Halbuki, 31 mart mitinqinə qədər bənzər aksiyalar digər media qurumları tərəfindən yaddaşa köçürülürdü. “Milli Şura”nın rəhbərliyi isə həmin çəkilişlərin qəsdən uzaqdan çəkildiyini, ya da mitinq başlamamışdan öncə çəkildiyini iddia edirdilər. Ancaq “Meydan TV”-nin bu dəfə mitinqin gedişatını bilavasitə çəkməsi Kərimlinin ifşası ilə nəticəsini tapdı.

Nəhayət ki, həmin “şübhələrini” öz kameralarından da gördülər

Misal üçün, həmin kadrlar yayılar-yayılmaz dünənə qədər sosial şəbəkələrdə “qəhrəmanlıq mücəssəməsi” kimi təqdim edilən “Meydan TV” dərhal “hakimiyyətə işləməkdə” ittiham olundu və ardı da necə deyərlər, bəllidir...

Beləliklə, daha öncələr digər informasiya qurumlarının çəkilişlərinə şübhə ilə baxan insanlar nəhayət ki, həmin “şübhələrini” öz kameralarından da gördülər.

Məsələn, “Milli Şura”nın tərəfdarı olan şəxslərdən biri dərhal belə bir status yazaraq, “Meydan TV”-ni “Şeytan TV” adlandırıb. SİTAT: "Aylb olsun, şəxsən Şeytan TV".

Düşünmək olar ki, “Meydan TV” müəyyən zamanda həmin reallığı gözücü da olsa göstərmək istəyib...

Beləliklə, fakt həm də ondadır ki, bu gün çığır-bağır, meydan təfəkkürü və çöl-bayır müxalifəti hesab edilən radikallar öz reallıq hisslərini o qədər tərk ediblər ki, hətta onlara məxsus olan media qurumlarının çəkdikləri həqiqəti də qəbul etmək, həzm edə bilmək gücündə deyillər. Buna isə açıq-aşkar məğlubiyyət sindromu deyilir. Bu məğlubiyyətin mövcudluğu isə uzun illərdir onlara deyilir, yazılır. Ancaq rüsvayçı və acı məğlubiyyətləri ilə barışa bilməyənlər son anda mitinqlər keçirməklə guya ayaqda olduqlarını göstərməyə çalışırlar. Hətta bir neçə müxalifət partiyası, eyni zamanda siyasiləşmiş QHT-lər bir araya gəlsələr belə, istədikləri nəticəni əldə edə bilmirlər. Bu baxımdan, düşünmək olar ki, “Meydan TV” müəyyən zamanda həmin reallığı gözücü da olsa göstərmək istəyib, ancaq göründüyü kimi, dərhal “hakimiyyətə işləmək” suçu ilə qarşı-qarşıya qalıb. Hər halda düşünmək olar ki, “Meydan TV” bəlli çəkimi ilə “Milli Şura”nı daxilindən ifşa edib...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə