Tailandda sel fəlakəti: 105 ölü

Tailandda sel fəlakəti: 105 ölü

Tailandın cənubunu vuran sel fəlakəti ən azı 105 adamın həyatına son qoyub. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə 10 gün əvvəl orta və şimal-şərq bölgələrini əhatə edən və hələ davam edən sel fəlakətindən sonra indi də cənub ərazilər selə təslim olub. 12 vilayətdə xilasetmə işlərinin aparıldığı xəbər verilir.

Bölgəyə elektrik və su verilmir. Sular altında qalan Hatt Yai xəstəxanasındakı 500 xəstə yuxarı mərtəbələrdə yerləşdirilib. Xəstəxanadakı 3 generatorun ikisinin sel səbəbi ilə çalışmadığı bildirilir. Cənub bölgəsindəki sellərdən təxminən 250 min adamın ziyan çəkdiyi deyilir. Elektrik enerjisinin kəsilməsi ilə mobil telefon stansiyalarının işləmədiyi və əlaqə imkanlarının son dərəcə məhdud olduğu qeyd edilir.

Əlverişsiz hava şərtləri və sel səbəbi ilə Samui adasına nəzərdə tutulan bütün təyyarə reysləri təxirə salınıb. Qonşu Fangan adasında 100 adam ətraf aləmdən təcrid olub. Ölkənin şimalındakı bəzi bölgələrdə istiliyin 15 dərəcə aşağı düşdüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə