Mixail Oxendovski Azərbaycana səfər edəcək

Mixail Oxendovski Azərbaycana səfər edəcək

Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mixail Oxendovskinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcək.

SİA-nın məlumatına görə, bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ukrayna MSK-nın seçki müşahidəçi qrupuna, həmçinin katibliyin rəhbəri Sergey Suyarka və müavini Sergey Dubovik daxildir.

Ukrayna Mərkəzi Seçki Komissiyasının müşahidəçi qrupu aprelin 9-dan 13-dək Azərbaycanda səfərdə olacaq. Qrup aprelin 11-də bir neçə məntəqədə səsvermə prosesini izləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə