Bakı-Qazax magistralının Ələt-Atbulaq sahəsində 63 min ədəd müxtəlif ağac və kol bitkisi əkilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq sahəsində iməciliklər keçirilərək heç bir əlavə vəsait xərclənmədən, Nazirliyin daxili imkanları hesabına 2010-cu ilin yaz mövsümündə çətin meşəbitmə şəraitində 50 hektar ərazi hamarlanmış, 1200 m3 üzvi gübrə və münbit torpaq gətirilmiş, 3800 paqon metr su borusu çəkilmiş və 63 min ədəd müxtəlif ağac və kol bitkisi əkilib.
Qurumdan SİA-ya verilən məlumata görə, Nazirliyin nəzdində yaradılmış işçi qrup tərəfindən əraziyə baxış keçirilib və müəyyən olunub ki, havaların isti və quraq keçməsinə baxmayaraq mütəmadi suvarma və qulluq işləri nəticəsində əkinlərdə 70 faizdən yuxarı bitiş alınıb.
Hazırda ərazidə bərpa, əkin, suvarma və qulluq işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB