Astanada Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək
Noyabrın 4-də Astanada Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının 7-ci iclası keçiriləcək. Qazaxıstan səfirliyindən SİA-ya verilən məlumatına görə, iclasda yanacaq-energetika, iqtisadi- ticari, kənd təsərrüfatı, nəqliyyat, elm və təhsil, səhiyyə sahələrində və fövqəladə hallar zamanı birgə əməkdaşlıq məsələləri müzakirə ediləcək.
İclas Qazaxıstanın neft və qaz naziri Sauat Mınbayev və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sədrliyi altında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB