Belarus prezidenti Aleksandr Lukaşenko martın 22-də Gürcüstana rəsmi səfər edəcək. Bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib.
İki günlük səfəri zamanı Belarus lideri Gürcüstanın prezidenti Giorqi Marqvelaşvili, baş nazir Giorqi Kvirikaşvili və Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə görüşəcək. İki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.
Martın 22-də Tbilisidə Gürcüstan-Belarus biznes-forumu keçiriləcək. Bu günlərdə həmçinin Gürcüstan paytaxtında Minsk Günləri keçirilir.
Qeyd edək ki, bundan əvvəl Aleksandr Lukaşenko 2015-ci ilin aprelində Gürcüstana rəsmi səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə