Arif Haşımov: “YUNESCO ekspertlərinin ölkəmizə səfəri maliyyələşdirmə ilə əlaqədar hələlik ləngiyir”
YUNESCO ekspertlərinin ölkəmizə səfəri maliyyələşdirmə ilə əlaqədar hələlik ləngiyir. Bunun SİA-ya açıqlamasında AMEA-nın birinci vitse-prezidenti Arif Haşımov məlumat verib. O bildirib ki, bu ekspertlər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatların aparılması üçün tövsiyə vermək məqsədilə ölkəmizə səfər edəcəklər. Onun sözlərinə görə, YUNESCO mütəxəssislərinin səfəri gözlənilir, lakin onların nə vaxt gəlməsi özlərindən asılıdır: "Mütəxəssislərin maliyyələşməsi də öz tərəflərindəndir. Yəqin ki, elə maliyyə çətinlikliklərinə görə bu səfər gecikir. Ancaq onların gəlib-gəlməməsindən asılı olaraq 2009-2015-ci illər üzrə Elmin İnkişafı üzəri Milli Strategiyaya uyğun olaraq öz işlərimizi görürük. Hazırda strategiyanın həyata keçirilməsi üzrə tədbirlər planında nəzərdə tutulan bəndlər üzrə işlər həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB