Kimyaçılar abadlıq işlərinə start veriblər

Kimyaçılar abadlıq işlərinə start veriblər
Bu gün kimyaçılar Sumqayıtın "sənaye zonası" adlanan böyük bir ərazisində yeni mövsümün başlanması ilə əlaqədar yaşıllaşdırma və abadlıq işlərinə yenidən start veriblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiyada Sumqayıtdakı kimya müəssisələrində çalışan 2500-ə yaxın əməkçi ilə yanaşı, şəhər məktəblilərinin bir qrupu, Almaniya-Azərbaycan Texniki Əməkdaşlıq Cəmiyyəti Sumqayıt ofisinin əməkdaşları, hətta kiçik yaşlarından yaşıllığı qorumaq və artırmaq ruhunda tərbiyə alaraq-böyüyən "Balaca ekoloqlar" da iştirak ediblər. Tədbirdə iştirak edən kimyaçılar Sumqayıt-Quba magistralı boyunca 5500-dən artıq ağac - çinar, zeytun, gilənar, iydə, söyüd və s. əkiblər.

Qeyd edək ki, ümumilikdə isə aprel iməciliyindən bu günə qədər aparılan yaşıllaşdırma tədbirləri zamanı kimyaçılar tərəfindən Birliyin müəssisələrinin ərazilərində və yeni yaşıllıq zonası ərazisinə daxil olan Sumqayıt-Quba yolu boyunca geniş bir sahədə 19 minə yaxın ağac əkiblər. İlin sonunadək bu ərazidə 35 minə yaxın ağacın əkilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə