Səlim Müslümov: “İlin əvvəlindən əmək pensiyası alanların sayında azalma müşahidə olunub” - AÇIQLAMA - VIDEO (Səs TV-də)
2010-cu ilin yanvar-sentyabr aylarında ölkəmizdə əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 11,3%, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6%, əmək pensiyasının orta aylıq məbləği isə 11,1% artıb. SİA-nın xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fordunun sədri Səlim Müslümov bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərərgahında keçirdiyi mətbuat konfransında deyib. Cari ilin 9 ayının nəticələri barədə məlumat verən fond sədri bildirib ki, Azərbaycanda yeni sığorta-pensiya sistemi fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb. O vurğulayıb ki, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin cari il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılması təxminən 1 milyon 254 min 200 nəfər pensiyaçıya şamil olunub. S.Müslümovun sözlərinə görə, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir ki, bu göstəriciyə görə, Azərbaycan MDB-də ikinci yer tutur: "Qazaxıstanda əmək pensiyasının baza hissəsi 124,2 ABŞ dolları, Ukraynada 91,4 dollar, Belarusda 81,1 dollar, Gürcüstanda 44,3 dollar, Ermənistanda 21,6 dollar və s təşkil edir. Pensiyaların orta aylıq məbləğinin artımı bu gün daha sürətlə gedir. Əmək pensiyaları sahəsində qanunvericiliyıə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğdə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib çıxarıb. Cari ilin ötən dövrünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləği 111 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə aylıq məbləği 162 manat olub. Bununla da orta aylıq pensiya orta aylıq əmək haqqının 35 %-ni təşkil edir. Biz yaxın vaxtlarda 40%-lik həddə çatacağıq. Bu həm də pensiyaların təyinatı zamanı baş verən neqativ hallarn aradan qaldırılmasına imkan yaradacaq".
Cari il ərzində pensiyaçıların plastik kartlarla təminatı məsələsinə münasibət bildirən fond sədri qeyd edib ki, yanvar-sentyabr ayları ərzində kəndlərdə plastik kartla pensiya alanların sayı 7803 nəfər artıb. Onun sözlərinə görə, hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 97,6 faizinin pensiyaları plastik kartlarla ödənilir.
"Operativ məlumatlara əsasən, Azərbaycanda cari il 1 oktyabr tarixinə qədər əmək pensiyası alan şəxslərin sayı 1 milyon 287 min nəfər təşkil edir. Onlardan 512 min nəfər kişi, 775 min nəfəri qadındır. Əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 10,3 min nəfər təşkil edir. Ümumilikdə isə əmək pensiyaçılarının 133 min nəfəri işləyən pensiyaçılardır.
Artıq ilin əvvəlindən əmək pensiyası alanların sayında azalma müşahidə olunub. Əgər ilin əvvəlində bu rəqəm 1 milyon 308 min nəfər idisə, 1 iyun tarixdə 1 milyon 291 min nəfər, 1 oktyabrda isə 1 milyon 287 min nəfər olub. Bu hazırda pensiya məbləğlərinin artırılması üçün işləyənlərin artması, pensiyaya çıxmaq üçün müraciət edənlərin sayının azalması ilə bağlıdır.
Əlilliyə görə pensiya alan şəxslərin sayı 318 min nəfər, yaşa görə əmək pensiyası alanların sayı 832 min nəfər təşkil edir. Ailə başçısı itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137 min nəfərdir", - deyə o əlavə edib.
S.Müslümov vurğulayıb ki, göstərilənlərlə yanaşı prezidentin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, cari il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilib: "Cari ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 122 082 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 762 min nəfərə yüksəlib. Fondun mərkəzi məlumat bazasında 760 min nəfərdən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb".
Tədbirin davamında fondun sədri S.Müslümov jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB