“Ehtiyat zabit hazırlığı kursu”nda buraxılış imtahanları keçirilib

“Ehtiyat zabit hazırlığı kursu”nda buraxılış imtahanları keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nda iştirak edən şəxsi heyətin buraxılış imtahanı keçirilib.

SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən imtahanlarda kursantlardan fiziki hazırlıq üzrə məqbullar qəbul edilib, onların nəzəri bilikləri yoxlanılıb və müxtəlif çaplı silahlardan atış normativləri yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə