Bu gün Ermənistan parlamenti ölkə prezidentini seçib. Interfax.ru informasiya agentliyinin verdiyi xəbərə görə, hakim Ermənistan Respublikası Partiyasının namizədi Armen Sarkisyan ölkənin dördüncü prezidenti seçilib. Onun lehinə 90, əleyhinə 10 deputat səs verib. Səsvermədə 101 deputat iştirak edib. Bir bülleten etibarsız sayılıb.
Yeni seçilmiş prezident vəzifəsinin icrasına aprelin 9-dan başlayacaq.
Xatırladaq ki, Armen Sarkisyan Ermənistanın Böyük Britaniyada səfiri idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB