Tolyatti Dövlət Universiteti Azərbaycanın işğal altında olan ərazilərindəki "Mesrop Maştots Universiteti" ilə əməkdaşlıq müqaviləsi imzalanması barədə məlumatı təkzib edib. Belə ki, bir müddət əvvəl erməni mətbuatında Xankəndindəki "Mesrop Maştots universiteti" və Rusiyanın təhsil ocaqları arasında "əməkdaşlıq müqavilə"lərinin imzalanması barədə yayılan məlumatlarla əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi Samara vilayətindəki Tolyatti Dövlət Universitetinə (TDU) müvafiq məktub göndərib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfirliyimizə ünvanlanan cavab məktubunda TDU-nun rektoru Mixail Kriştalın başçılıq etdiyi universitetin Xankəndindəki qeyri-qanuni "Mesrop Maştots universiteti" və ya Azərbaycanın işğal olunmuş torpaqlarında digər qurum ilə heç bir müqavilənin bağlanmadığını və belə bir müqavilə bağlanmağı planlaşdırılmadığı bildirilir.
Cavab məktubunda qeyd olunub ki, erməni KİV-in yaydığı məlumat TDU-nun prorektoru A.K.Abramyana məxsus bəzi ifadələrin qeyri-korrekt istifadə edilməsinə əsaslanır və gerçək vəziyyəti əks etdirmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB