Şimali Kiprdə “XXI əsrdə türk dünyası” mövzusunda beynəlxalq simpozium keçiriləcək
Dekabrın 2-dən – 5-dək Şimali Kiprdə Avrasiya İqtisadi Əlaqələr Dərnəyi və Lefke Avropa Universitetinin birgə təşkilatçılığı ilə "XXI əsrdə türk dünyası" mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir.
SİA-nın məlumatına görə, tədbirdə ev sahibləri ilə yanaşı Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Ukrayna, Makedoniya və Azərbaycandan nümayəndələr iştirak edəcəklər.
Beynəlxalq simpoziumda "Regional əməkdaşlıq: Türkiyə-türk cümhuriyyətləri ikitərəfli əlaqələri", "Türk dünyasında mətbuat əlaqələri", "Türk Dünyasının inteqrasiyasında dil və əlifba ortaqlığı" və digər mövzularda məruzələr dinləniləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB