Dağıstanda milislə atışma zamanı iki yaraqlı öldürülüb

Dağıstanda milislə atışma zamanı iki yaraqlı öldürülüb

Dağıstanda milislə atışma nəticəsində iki yaraqlı öldürülüb. Milis rəsmilərinin sözlərinə görə hadisə zamanı iki zabit yaralanıb. SİA-nın məlumatına görə, Rusiya mətbuatında yer alan xəbərlərdə bildirilir ki, insident baş verərkən milis bir neçə gün əvvəl atışma zamanı milis zabitinə qarşı edilən hücumu araşdırırdı.

Yaraqlılardan biri hadisə yerindən qaçmağa cəhd edərkən öldürülüb. İkincisi isə atışma zamanı vurulub. Milis zabitinə qarşı hücuma dair araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə