Əfqanıstanın Herat bölgəsindəki BMT binasına hücumla bağlı detallar açıqlanıb. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, Əfqanıstan təhülkəsizlik orqanları nümayəndələrinin verdiyi məlumatda bildirilir ki, terrorçular bomba yüklü avtomobillə BMT binasına gəliblər.
Onlardan biri binanın qarşısında avtomobili partladıb. Binaya girməyə çalışan digər iki terroçu üzərlərindəki partlayıcıları işə salıb. Dördüncü kamikazde isə üzərindəki bombanı partlatmağa macal tapmadan əsgərlər tərəfindən vurulub.
Əfqanıstandakı BMT missiyasının sözçüsü hücumda ölən və ya yaralanan işçilərinin olmadığını, Əfqanıstan təhlükəsizlik qüvvələrinin binada təhlükəsizliyi təmin etdiyini bildirib.
Hücum zamanı əfqan mühafizəçilərdən ölən və ya yaralanan olub-olmadığı haqda isə açıqlama verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB